Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şüyüd toxumunun müalicəvi faydaları

Şüyüd toxumunun müalicəvi faydaları

Tarix: 31 Iyul 2022 07:33

Şüyüd toxumunun biokimyəvi tərkibi çox zəngindir. Bu biokimyəvi birləşmələr orqanizm üçün çox faydalıdır. Şüyüd toxumunun tərkibində olan mikroelementlər(marqanes, selen, kalsum, sink, maqnium, kalium, fosfor və natrium) və vitaminlər(A, C, B), efir yağları, olein, palmitin, linolen orqanizm üçün çox faydalıdır. Bizə adi görünən xırda şüyüd toxumunun tərkibində flavonidlər, karotin və azotlu birləşmələr var.

Tərkibində orqanizm üçün faydalı olan bu qədər maddələrin olması şüyüdün tibb sahəsində tətbiqini qaçılmaz edir. Tibbdə şüyüd toxumundan ürək-damar, həzm sisteminin, qan dövranının və sidik ifrazı sistemi orqanlarının müalicəsi zamanı istifadə edilir.

Şüyüd toxumu orqanizmə aşağıdakı təsirləi göstərir:
* arterial təzyiqi normallaşdırır
* sakitləşdirici təsir göstərir
* yuxunu normallaşdırır
* bağırsaqlarda olan köpün, qazların xaric olunmasını sürətləndirir
* ürək fəaliyyətini yaxşılaşdırır
* mədə-bağırasaq sisteminin fəaliyyətini normallaşdırır
* iştahanı artırır
* atereskleroz əlamətlərini azaldır
Şüyüd toxumunun orqanizmə hansı fəaliyyəti var?
1. Şüyüd toxumu mədə-bağırsaağın işini sürətləndirir, bağırsaqlara bakteriasid təsir göstərir. Şüyüd toxumu bağırsaqların mikroflorasını yaxşılaşdırmaqla həzm sisiteminin normallaşmasına səbəb olur.
2. Beyin qan dövranının pozulmaları zamanı şüyüd toxumu qanın beyinə axınını normllaşdırır və arterial təzyiqi aşağı salır. Şüyüd toxumu damarların genəlməsinə səbəb olur. Şüyüd toxumu ürək əzələsinin işini yaxşılaşdırır, aritmiyanı aradan qaldırır, atereskleroz əlamətlərinin azalmasına səbəb olur.
3. Uzun müddət şüyüd toxumu qəbul eləmək sidik ifrzı sistemindəki infeksiyaların azalmasına və iltihabi proseslərin aradan qalxmasına səbəb olur.
4. Şüyüd toxumu yığılıb qalmış ödün axmasını sürətləndirir. Onun ödqovucu xüsusiyyəti var.
5. Şüyüd toxumu bronxit xəstəliyi zamanı öskürək əleyhinə təsir göstərir. Onun bronxolitik və bəlğəmgətirici xüsusiyyəti vardır.
Şüyüd toxumu mərkəzi sinir sistemini sakitləşdirir, uzun müddət qəbul elədikdə yuxunu normallaşdırır.
Mütəxəssislər müalicə vasitəsilə qəbul edikdə onun təzəsi ilə qurudulmuşunun təsiri eyni olur.
Qəbul edilmə qaydası:
Dərman vasitəsi kimi qəbul ediuldikdə şüyüd toxumunu suya töküb qaynatmaq lazımdır. Qaynadılan zamanı toxumun xırdalanması onun təsirini daha da effektli edir.
Həzm sisteminin xəstəlikləri zamanı 1 çay qaşığı şüyüd toxumu 1 stəkan qaynar suda 5 dəqiqə qaynadılır və üstü qalın dəsmlla örtülüb dəmlənməyə qoyulur.
Sidik ifrazı sisteminin xəstəlikləri zamanı 1 xörək qaşığı quru şüyüd toxumu və ya 2 xörək qaşığı təzə şüyüd toxumu yarım litr qaynar suda 5 dəqiqə qaynadılır və üstü isti bükülüüb dəmlənməyə qoyulur. Dəmləmədən 1/3 stəkan gündə 3 dəfə yeməyə yarım saat qalmış içilir.
Ürək-damar xəstəlikləri, stenokardiya zamanı 1 çay qaşığı şüyüd toxumu 300 qram qaynar suda dəmlənir, üstü dəsmalla bükülüb 1 saat saxlanılır.

Milli.Az


Etiketlər:  Şüyüd toxumunun müalicəvi faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ