Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Omikronu “yay virusları”ndan necə fərqləndirək?

Omikronu “yay virusları”ndan necə fərqləndirək?

Tarix: 31 Iyul 2022 15:48

Koronavirusun "Omikron" ştammı, bağırsaq virus infeksiyalarından fərqli olaraq, boğaz ağrısı və öskürəklə müşayiət olunur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Yevgeni Timakov bildirib.

Onun sözlərinə görə, yay özü ilə bir sıra infeksion xəstəliklər gətirir.

"Bunlar müxtəlif bağırsaq viruslarıdır - enterovirus, rotavirus, norovirus və s. Əgər xəstəlik ürəkbulanma, qusma, bağırsaq pozğunluğu və yüksək hərarət şəklində özünü göstərirsə, çox güman ki, bu, bağırsaq virus infeksiyasıdır", - deyə Timakov izah edib.

Mütəxəssis əlavə edib ki, əgər bu əlamətlərə öskürək, asqırma, boğaz ağrısı əlavə olunursa, deməli, insan, çox güman ki, "Omikron"a yoluxub.

Bununla belə, həkim COVID-19-u simptomlarla müəyyənləşdirməyi məsləhət görməyib və dəqiq diaqnozun yalnız PZR testi ilə müəyyən edildiyini vurğulayıb.

Milli.Az


Etiketlər:  Omikronu yay viruslarından necə fərqləndirək


RƏYLƏR