Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2022 21:56
Ermənistanın paytaxtı İrəvanın mühüm obyektlərinin minalanması xəbəri yayılıb.
Məlumata görə, saat 18:59-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə İrəvan metrosunun stansiyalarda partlayıcı qurğuların qoyulması barədə siqnal daxil olub.
Mülki Müdafiə Qoşunlarının Kollektiv Mərkəzinin kinoloq qrupları və mühəndis dəstəsi həmin yerə göndərilib.
"Hazırda metroda sərnişindaşıma müvəqqəti olaraq dayandırılıb", - məlumatda deyilir.
Ermənistan Fövqəladə Hallar Nazirliyi həmçinin "Zvartnots" hava limanında, Baqramyan 19 ünvanında (Ermənistan Milli Assambleyasının binası - red.), eləcə də mühüm hərbi və mülki obyektlərə partlayıcı qurğuların qoyulması barədə siqnallar aldığını bildirib.
Həmin ünvanlara axtarış heyəti gedib.
Bir qrup kinoloq da hava limanına yola düşüb və Mülki Müdafiə Qoşunlarının Kollektiv Mərkəzinin mühəndis-istehkamçı dəstəsi Baqramyan 19 ünvanına göndərilib.