Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO)

“Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO)

Tarix: 24 Sentyabr 2019 20:48

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin qorunmasına, milli-mənəvi dəyərlərin yaşadılmasına xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib.

Aİİ-də maarifləndirmə məqsədilə mütəmadi olaraq müxtəlif seminarların və görüşlərin təşkil edildiyini bildirən rektor bugünkü “dəyirmi masa”nın Azərbaycanda Məhərrəmlik mərasimləri mövzusuna həsr oldunduğunu söyləyərək, bu ayın və Aşura gününün mahiyyəti haqqında fikirlərini bildirib. C.Məmmədov bildirib ki, Kərbəla hadisəsi birlik və bərabərliyimizi möhkəmləndirməli, vətənpərvərliyimizi, düşmənə qarşı mübarizə ruhumuzu daha da gücləndirməlidir.

Aİİ rektoru vurğulayıb ki, məhərrəmlik ənənələrinin qorunub saxlanılması, Aşura günü qanvermə aksiyalarının təşkil olunması Azərbaycanın dini ənənələrə, xüsusən də Kərbəla hadisəsinin qeyd edilməsinə humanist bir töhfəsidir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini F.Nurullayev bildirib ki, İslam tarixi səhnəsində Kərbəla faciəsi dəhşətli olduğu kimi, ibrətlərlə də dolu bir hadisədir.

QMİ-nin sədr müavini daha sonra bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Sevindirici haldır ki, Azərbaycanda qanvermə aksiyası ilə bağlı mövcud olan ənənə tədricən digər müsəlman ölkələrinə də yayılır.

Şərqşünas, Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli çıxışı zamanı mühüm məsələyə toxunaraq bildirib ki, Vətənimizdə dövlət və xalq birliyi sayəsində dünyanı, xüsusilə müsəlman aləmini bürümüş terror və təxribatçılıq əməllərinin qarşısı qətiyyətlə alınır. Aşura insanlıq sevgisi ətrafında hamını bir araya gətirən dəyərdir. Ondan parçalanma, təxribat, ayrı-seçkilik üçün istifadə etmək həm İmam Hüseynə (ə.), həm xalqımıza, həm də Allahın bizə lütf etdiyi ən böyük nemət olan müstəqil dövlətçiliyimizə qarşı xəyanətdir.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, Məhərrəm ayı döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də İmam Hüseynin (ə) şəhadəti ilə tarixə həkk olunub. Məzhəbindən asılı olmayaraq, bu faciəni tarix boyunca, bütün müsəlmanlar dərin hüznlə qarşılamış, Kərbəla şəhidlərinin xatirəsini əziz tutmuşlar.

İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov isə Kərbəlada baş verənləri “haqq-batil” mübarizəsinin parlaq təzahürü adlandırıb. “Haqq-batil” mübarizəsinin bəşər tarixində müxtəlif formalarda təzahür etdiyini, bu mübarizədə rollar dəyişsə də, mahiyyətin eyni olaraq qaldığını vurğulayıb.

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov çıxış nitqində bildirib ki, Kərbəla hadisəsi mahiyyət nöqteyi-nəzərindən ali dəyərlərə sarılmağı, haqq uğrunda fədakarlığı, dürüst yaşamağı, zülmdən uzaq durmağı ifadə edir. Qeyd edib ki, Aşura, hər şeydən əvvəl, bir Peyğəmbərin övladının həqiqət, din, ədalət yolunda canından keçməsinin ifadəsidir.

Tədqiqatçı Natiq Rəhimov vurğulayıb ki, klassiklərimizin əksəriyyəti öz yaradıcılıqlarında Kərbəlada baş vermiş hadisələrə xüsusi yer ayırıb, İslam Peyğəmbərinə və Əhli-Beytə məhəbbətlərini bildirmişlər. Bunun bariz nümunəsi kimi, Xaqani Şirvani, Fələki Şirvani, Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Mirzə Fətəli Axundov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Əliağa Vahid və digərlərinin əsərləri nümunə göstərilib.

İlahiyyatçı Ağa Hacıbəyli Aşura tədbirlərinin getdikcə əsl mahiyyətini özündə ehtiva etdiyini bildirib. Qanvermə aksiyaları xalq arasında geniş yayılıb. Vətəndaşlarımız heç bir çağırış olmadan bu savab işi yerinə yetirməyi özlərinə borc bilirlər. Qeyd edib ki, əksər insanlarımız belə günlərdə digər xeyirxah işlər də görməyə can atırlar. Belə ki, Məhərrəmlik ayında sosial yardımlaşma, ehtiyacı olanlara baş çəkmə, yardım etmə kimi aksiyalar kütləvi hal almaqdadır. Ağa Hacıbəyli vurğulayıb ki, əksər ilahiyyatçıların fikrincə, Kərbəla hadisəsinin məqsədi çox ağlatmaq yox, çox anlatmaqdır.

Sonda Azərbaycan İlahiyyat İnstitutunun ikinci kurs tələbəsi Fərid Qasımzadə çıxış edərək bildirib ki, bu hadisədə İmam Hüseyn (ə) və azsaylı tərəfdarlarının göstərdiyi ədalət, əxlaq, vəfa, qəhrəmanlıq və digər nümunələr insanlığın təməl prinsiplərini təşkil edir. Zaman və məkanın fövqündə duran bu prinsiplər ümumbəşəri xarakter daşıyır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

“Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib (FOTO)


Etiketlər:  Azərbaycanda Məhərrəmlik mərasimləri dünən gün mövzusunda dəyirmi masa keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ