Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2022 11:42
Qaraheybətdə helikopter qəzası zamanı şəhid olan polkovnik Elçin Nəbiyevin vərəsəsi olan həyat yoldaşı Şəlalə Nəbiyevanın və tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun vərəsəsi olan atası Xanlar Əhmədxanovun sığorta ödənişini ala bilməmələri ilə bağlı şikayətinə münasibət bildirilib.
Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, Şəlalə Nəbiyevaya birdəfəlik icbari şəxsi sığorta ödənişini almaq üçün 29 iyul 2022-ci il tarixdə sənədlərini Dövlət Sosial Müdafiə Fonduna təqdim edib, bir həftə ərzində birdəfəlik sığorta ödənişi vətəndaşın hesabına köçürüləcək.
"Təlim uçuşları yerinə yetirərkən qəza nəticəsində şəhid olmuş tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun vərəsəsi olan atası Xanlar Əhmədxanova da sənədlərini Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək tövsiyə olunub. Müraciət etdikdən 10-15 iş günü ərzində birdəfəlik sığorta ödənişi müraciət edən şəxsin hesabına köçürüləcək", - məlumatda vurğulanır.