Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şahdəniz'' yatağı üzrə xərclərin həcmi açıqlanıb

''Şahdəniz'' yatağı üzrə xərclərin həcmi açıqlanıb

Tarix: 4 Avqust 2022 20:00

2022-ci ilin birinci yarısında "Şahdəniz" yatağı üzrə fəaliyyətlərə təxminən 1,26 milyyard dollar əməliyyat xərcləri və təxminən 186 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aid olub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, 2021-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 1,14 milyard və 366 milyon dollar təşkil etmişdi. Beləliklə, il ərzində əməliyat xərcləri 10,5 faiz artıb, əsaslı xərclər isə 49 faiz azalıb.

İlin birinci yarısında Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

Qeyd edək ki, "Şahdəniz" layihəsində iştirak payları aşağıdakı kimidir: bp (operator - 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi (6,67%)


Etiketlər:  Şahdəniz yatağı üzrə xərclərin həcmi açıqlanıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ