Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2022 21:15
"BMT-nin Baş katibi Antonio Quterreş Qarabağda hərbi əməliyyatlar haqqında məlumatlardan dərin narahtlıq keçirir".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Stefan Düjarrik jurnalistlərə açıqlamasında bildirib:
"BMT Baş katibi Qarabağ ətrafında gərginlikdən dərin narahatlığını bildirib".
Bundan əlavə, BMT nümayəndəsi vurğulayıb ki, təşkilat üzvləri münaqişə tərəflərini təmkinli və aqressiv davranmamağa çağırır.
Qeyd edək ki, avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulub. Nəticədə əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Həmçinin Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.