Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xankəndidə GÖRÜŞ: Masaya Azərbaycan bayrağı qoyuldu - FOTO

Xankəndidə GÖRÜŞ: Masaya Azərbaycan bayrağı qoyuldu - FOTO

Tarix: 4 Avqust 2022 23:36

Bu gün Rusiya sülhməramlı kontingentinin komandanı "Dağlıq Qarabağ" ictimaiyyətinin və müxalifət qüvvələrinin nümayəndələri ilə görüşüb.

Milli.Az bildirir ki, görüş vaxtı masa üzərinə Azərbaycan bayrağı da qoyulub.

Bu günkü görüşün təfərrüatları məlum olub. Görüşdə iştirak edən Qarabağda yaşayan ermənilər bildiriblər ki, sülhməramlı kontingentin komandanı Andrey Volkov Azərbaycan tərəfinin tələblərini çatdırıb. Volkov deyib ki, Azərbaycan Laçın dəhlizinə alternativ yolun tikintisini başa çatdırıb və Ermənistanın da öz hissəsini bir aya təhvil verməsini tələb edir.

General gərginliyin aradan qaldırılması üçün fəaliyyət göstərdiklərini bildirib.

Qeyd edək ki, görüşün keçirildiyi məkanda stolun üstünə Azərbaycan, Rusiya və Ermənistanın dövlət bayraqları qoyulub.

Milli.Az


Etiketlər:  Xankəndidə GÖRÜŞ Masaya Azərbaycan bayrağı qoyuldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ