Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göbələklərin dərman preparatlarına dözümlülüyü artıb – Səhiyyədə qlobal problem

Göbələklərin dərman preparatlarına dözümlülüyü artıb – Səhiyyədə qlobal problem

Tarix: 6 Avqust 2022 22:30

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri insan üçün potensial təhlükəli kif göbələklərinin rezistetn ştammlarının geniş yayılması, onların müasir dərman preparatlarına dözümlülüyünün artması ilə bağlı həyəcan siqnalı verir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, 51 yaşlı əzcaçı Sandra Hiksin ağciyər və bronxları Aspergillus adlı kif göbələyi ilə zədələnib. Bütün bu illər ərzində Sandranın ağciyərlərində kif göbələyi bu gün tibbdə tətbiq olunan bütün göbələkəleyhinə dərmanlara qarşı  davamlılıq qazanıb və müalicəyə tabe olmur.

Dərmanlar təsir etmədiyindən Sandranın vəziyyəti getdikcə pisləşir, həkimlər isə hansı taktika seçəcəyini bilmir.

Dünyada Sandra kimi kif göbələyindən əziyyət çəkən xəstələr çoxdur. Göbələk ştammları sürətlə mutasiya olur, rezisdentliyi artır, əhalinin miqrasiyası səbəbindən davamlı göbələk növləri də müxtəlif ölkələrdə orqanizmlərdə kök salır.

Ölümcül infeksiya hesab olunan Candida Auris göbələyi də rezisdentliyini artırır. Əgər bu baş versə, dünya antibiotik qıtlığı kimi, göbələk əleyhinə dərmanlardan da ciddi qıtlıq çəkəcək.

Professor Devid Denninq deyir:   " Hələ 2003-cü ilə kimi göbələk infeksiyalarından dərmana davamlı olanı yox idi. İndi isə hər 5 pasiyentdən birində dərmana rezisdent göbələk aşkar olunur. Artıq necə sağaldacağımızı bilmədiyimiz çoxsaylı xəstələr var. Onların vəziyyəti pisləşir, çoxu ölür və bu itkilər davam edəcək".

Təkcə Avropada milyondan çox xəstə göbələk mənşəli ağciyər xəstəliklərindən əziyyət çəkir.


Etiketlər:  Göbələklərin dərman preparatlarına dözümlülüyü artıb Səhiyyədə qlobal problem


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ