Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada deputatların diplomatik pasportları ləğv edilib

Ukraynada deputatların diplomatik pasportları ləğv edilib

Tarix: 6 Avqust 2022 23:33

Ukrayna Xarici İşlər Nazirliyi Ali Radanın 225 deputatının diplomatik pasportlarını ləğv edib.

Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, diplomatik pasport sırf rəsmi ezamiyyət üçün istifadə edilməlidir. Şəxsi səyahət üçün bu sənəddən istifadə yolverilməzdir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qanuna görə, səfərdən qayıdan şəxs ən geci 10 gün müddətində pasportu saxlanmaq üçün XİN-ə qaytarmalıdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq deputatların çoxu sənədi qaytarmayıb. Bu səbəbdən qaytarılmayan 225 pasport ləğv edilib.

Milli.Az


Etiketlər:  Ukraynada deputatların diplomatik pasportları ləğv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ