Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2022 15:08
İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola "şəhərlilər"lə müqaviləsinin müddətini uzatmaq istəyir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ispaniyalı mütəxəssis "The Mirror" nəşrinə açıqlama verib.
O, komandanı tərk etmək fikrində olmadığını bildirib: "Bu barədə çox danışmışam. Klub rəhbərliyi istəsə, qalmağa hazıram".
Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir.