Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2022 07:50
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə HƏMAS lideri İsmayıl Haniyə arasında telefon danışığı olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Telefon danışığı zamanı İsrailin mühasirədə olan Qəzza zolağına endirdiyi hava hücumları və Məscidül-Əqsaya basqınlar müzakirə edilib.
Xatırladaq ki, İsrailin Qəzza zolağına hücumları nəticəsində 14-ü uşaq, 4-ü qadın olmaqla 44 nəfər həyatını itirib.
İsrail ilə Qəzzada İslami Cihad Hərəkatı arasında Misirin vasitəçiliyi ilə əldə olunan atəşkəs bazar günü yerli vaxtla saat 23.30-da qüvvəyə minib.