Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün qan verənlərin sayı açıqlanıb

Bu gün qan verənlərin sayı açıqlanıb

Tarix: 8 Avqust 2022 18:34

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankı tərəfindən Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyaları baş tutub.

TƏBİB-dən Sonxeber.net-a verilən məlumata görə, saat 08:00-dan 18:00-a qədər davam edən aksiyada 1 893 nəfər qan verib.

Bakı şəhəri üzrə bu rəqəm 1 295 olub.

Qan bankının Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəran bölmələrində isə ümumilikdə 598 nəfər qan verib.


Etiketlər:  gün verənlərin sayı açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ