Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ata uşağını son anda xilas etdi - VİDEO

Ata uşağını son anda xilas etdi - VİDEO

Tarix: 8 Avqust 2022 19:00

Braziliyanın Para Ştatının San-Feliks-du-Şinqu şəhərində ata uşağı təkərlərin altında ölməkdən xilas edib.

Milli.Az bildirir ki, bu barədə "O POVO" nəşri məlumat yayıb.

Hadisədən əvvəl kişi motosikletin yanında dayanaraq uşağını oturacağa oturdub. Qəfildən avtomobil yüksək sürətlə yola çıxıb və motosikleti vurub. Kişi son anda reaksiya verərək, uşağı qucağına alıb qaçıb.

Hadisə müşahidə kameraları tərəfindən lentə alınıb. Daha sonra ata və maşının sürücüsü dəymiş ziyanla bağlı müqavilə bağlayıb və iş polisə verilməyib. Uşaq xəsarət almayıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Ata uşağını son anda xilas etdi VİDEO


RƏYLƏR