Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Tank biatlonu”nun püşkatma mərasimi keçirilib - FOTO

“Tank biatlonu”nun püşkatma mərasimi keçirilib - FOTO

Tarix: 9 Avqust 2022 12:48

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2022" yarışları çərçivəsində keçiriləcək "Tank biatlonu" müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 13-də yarışların birinci günündə çıxış edəcəklər.

Komandamız Monqolustandan olan tank heyəti ilə yarışacaq.


Etiketlər:  Tank biatlonunun püşkatma mərasimi keçirilib FOTO


RƏYLƏR