Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2022 16:50
Rusiyalı milyarder Dmitri Rıbolovlev sevgilisi Daria Strokousu gizli izləmək üçü aya 1 milyon dollar ödədiyi cəsuslar tutub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Forensic News" araşdırma yazısında əks olunub. Milyarder sevgilisini izləmək üçün ofşor hesablardan istifadə edərək ayda 1 milyon dollar ödəyib. Bu, hələ 2015-ci ildə baş versə də yalnız indi - Rıbolovlevin vəkili Tatyana Bersheda ilə nəşrin əlinə keçən sənnədlər əsasında məlum olub.
Razılaşmaya görə, Dmitrinin yenicə görüşməyə başladığı model Daria Strokous altı ay ərzində izlənilib. Nyu-Yorkda, Las-Veqasda və Los-Ancelesdə onu gizli şəkildə müşayiət edib, fotolarını çəkiblər. Detektivlər geyimlərini dəyişərək onu uçuşlarda, əyləncələrdə yalnız qoymayıb, izləyiblər. Bütün bunlar haqqında məlumatı isə Dmitriyə ötürüblər.
Həmçinin, milyarder göstərişi ilə "Arcanum" şirkəti sənət dileri Yves Bouvieri də izləyib. 2010-cu illərdə Dmitri Yvesdən Rene Maqritte, Qustav Klimt, Leonardo da Vinçi və digər rəssamların 38 tablosunu alıb və ümumilikdə təxminən 2 milyard dollar ödəyib. Dmitri daha sonra sənət dilerini əsərlərin qiymətini şişirtməkdə günahlandırıb vəməhkəməyə verib. Bu ittihamlar 2021-ci ildə ləğv edilib. Hazırda Dmitriyə qarşı istintaq aparılır və o, Yvesi qanunsuz həbsinə töhfə verməkdə şübhəli bilinir.
Milyarder hələlik haqqında irəli sürülən bu iddialarla bağlı açıqlama verməyib.
Qeyd edək ki, Dmitrinin sərvətini Rusiyanın "Forbes" jurnalına əsasən 6,7 milyard dollardır.