Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağrıkəsicilərdən tez-tez istifadə ZƏRƏRLİDİR?

Ağrıkəsicilərdən tez-tez istifadə ZƏRƏRLİDİR?

Tarix: 9 Avqust 2022 19:15

İstər uşaqlar, istərsə də böyüklər müxtəlif ağrıkəsici preparatlar qəbul edirlər. Xüsusən də baş ağrısından əziyyət çəkən insanlar ağrıkəsicilərdən daha çox istifadə edirlər.

Bəs ağrıkəsicilər nə vaxt zərərli olur?

Sonxeber.net gundem.az-a istinadla bununla bağlı həkim Elşən Tağıyevin fikirlərini təqdim edir. Mütəxəssis bildirir ki, müntəzəm olaraq həftədə iki dəfədən çox ağrıkəsici qəbul etmək sağlıq üçün zərərlidir:

"Bu dərman başağrılarının yaranmasına səbəb olur. Baş ağrısı üçün dərmanların həddindən artıq istifadəsinin nəticəsində, qəbul etdiyiniz dərmanlar getdikcə daha az təsir edir və demək olar ki, gündəlik baş ağrıları şikayəti yaranır. Buna görə də baş ağrılarından əziyyət çəkən insanlara ağrıkəsici qəbulu yox əsas xəstəliyin profilaktik müalicəsi tövsiyyə olunur".


Etiketlər:  Ağrıkəsicilərdən istifadə ZƏRƏRLİDİR


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ