Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onu tənqid edənlərə Ülviyyədən sərt cavab

Onu tənqid edənlərə Ülviyyədən sərt cavab

Tarix: 10 Avqust 2022 06:10

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyat etdirdiyi üçün onu tənqid edənlərə cavab verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə instaqram hesabında paylaşım edib.

"Mənfi rəyləriniz belə mənə motivasiya verir. Əməliyat etdirməyim sizə necə də təsir edib. Bədənimə süni bir şey yapışdırmamışam. Özümdə olana əl gəzdirmişəm. Biraz "relax". Necə ki, saçımızı kəsib forma veririk, rəngləyib haldan-hala salırıq. Nə qədər çox sevirmişsiniz məni... Bu necə yana-yana şərh etməkdir?",-deyə, Ülviyyə bildirib.

Qeyd edək ki, ötən həftələrdə Xəlilbəyli məşhur model Bella Hadid kimi gözlərinin olmağı üçün bıçaq altına yatmışdı.

Milli.Az


Etiketlər:  tənqid edənlərə Ülviyyədən sərt cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ