Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2022 08:58
ABŞ hakimiyyəti minalardan təmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ilə məşğul olacaq istehkamçıların təlimi üçün Kiyevə 89 milyon dollar ayırmaq niyyətindədir.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, ABŞ Xarici İşlər Nazirliyi minalanmış ərazilərin, partlamamış hərbi sursatların, əldəqayırma partlayıcı qurğuların olması ilə bağlı təcili humanitar problemlərin həlli üçün 2022-ci maliyyə ilində 89 milyon dollar ayırmaq niyyətindədir.
Sənəddə deyilir ki, bu vəsait minatəmizləmə ilə məşğul olacaq 100 istehkamçı qrupunun hazırlanmasına, həmçinin zəruri texniki avadanlıqların alınmasına yönəldiləcək.