Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2022 17:22
ABŞ-da dörd minə yaxın it farmakologiya, tibb və biologiya sahəsində müxtəlif araşdırmalar və təcrübələr aparan şirkətdən alınıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hazırda onların saxlanılması üçün yer axtarılır.
Heyvan hüquqları müdafiəçiləri itlərin narkotik təcrübələri üçün laboratoriyalara satılması məqsədilə yetişdirildiyini müəyyən ediblər.
Bundan əlavə, müfəttişlər heyvanların dəhşətli şəraitdə saxlanıldığını aşkarlayıblar. Belə ki, xəstə itlər müalicə əvəzinə evtanizasiya edilib, heyvanlara həşərat sürfələri, hətta nəcis yedizdirilib.
İtlərin tibbi müayinələrdən, peyvəndlərdən və digər prosedurlardan keçəcəkləri bildirilib.