Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2022 17:54
Kalininqradda 44 yaşlı qadın bir ay ərzində evinə 650 miqrantı qeydiyyata salıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ev sahibi qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinir.
2022-ci ilin may ayından iyun ayına qədər qadın General Karbışev sahilində yerləşən üç mərtəbəli evinə 650 əcnəbini qeydiyyata salıb. Hüquq-mühafizə orqanlarının yoxlaması nəticəsində məlum olub ki, sözügedən ünvanda qeydiyyatda olan vətəndaşların heç biri əslində orada yaşamırlar.
Rusiyalı qadına qarşı cinayət işi başlanıb. Onu üç ilə qədər həbs gözləyir.