Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Tarix: 11 Avqust 2022 22:00

Rusiya qoşunlarının Dnepropetrovsk vilayətinin Marqanets şəhərini atəşə tutması nəticəsində həmyerlimiz Tofiq Məmməd oğlu Əsgərov həlak olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukraynada yaşayan diaspor fəalı Ceyhun Kəsəmən bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun gecə saatlarında Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində 13 dinc sakin həlak olub. 11 nəfər yaralanıb, onlardan 5-nin vəziyyəti ağırdır.

Həlak olanlardan biri 1966-cı il təvəllüdlü azərbaycanlı Tofiq Əsgərovdur

Məlumata görə, Tofiq Əsgərov Poltava Azərbaycanlıları Radasının sədri Fizuli Qəmbərovun qayınatasıdır.

Milli.Az


Etiketlər:  Ukraynada daha azərbaycanlı həlak oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ