Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən zəngin iş adamlarından biri boşandı - FOTO

Dünyanın ən zəngin iş adamlarından biri boşandı - FOTO

Tarix: 12 Avqust 2022 09:20

"Fox News" və bir sıra böyük media qurumlarının sahibi olan milyarder Rupert Merdok altı illik evlilikdən sonra supermodel Cerri Holldan rəsmən boşanıb.

"Onlar yaxşı dost olaraq qalırlar və bir-birlərinə gələcək üçün ən yaxşısını arzulayırlar", - deyə cütlüyün nümayəndələri mediaya bildiriblər.

Qeyd edək ki, supermodelin dünyanın ən zəngin iş adamlarından birindən ayrılmaq istədiyi barədə ilk dəfə iyulun əvvəlində məlum olub. Cerri Holl qərarını "barışmaz fikir ayrılıqları" ilə izah edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rupert Merdok və Cerri Holl 2016-cı ilin martında evləniblər. Merdok üçün bu evlilik dördüncü oldu.

"News Corp."a rəhbərlik edən Merdokun sərvəti 17,7 milyard dollardır. Onun ailəsi beş ölkədə 120 qəzetə (o cümlədən "The Wall Street Journal", "The New York Post", "The Sun") ABŞ, Avropa, Latın Amerikası, Afrika və Asiyada bölmələri olan televiziya kabel şəbəkəsinə sahibdir.

Milli.Az


Etiketlər:  Dünyanın ən zəngin adamlarından biri boşandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ