Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəbnəm oğluna 2 arvad almaq istəyir: "Əsas odur ki..."

Şəbnəm oğluna 2 arvad almaq istəyir:

Tarix: 12 Avqust 2022 18:35

Müğənni Şəbnəm Tovuzlu paylaşımı ilə yenə müzakirələrə səbəb olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onun oğlu Əlini 4 dəfə evləndirməl istəyi ilə bağlı verilişlərin birində aparıcılar şərh veriblər. 

Buna görə, "Instagram" hesabında onların videosunu paylaşan Şəbnəm sözlərini təkzib edib:

"4 zarafat olub, amma ikisinə şübhəniz olmasın. Əsas odur ki, yaxşı kişi, yaxşı ata və mərd oğul olsun".

Onun bu sözlərinə izləyicilər "Özünüzün və ya qızınızın iki arvaddan biri olmağına razı olarsınız?", "Özü qəbul edib, oğlu da qəbul edər, nə var bunda?", "Uşağı gör nə ilə gündəm edirlər..." kimi bir çox şərhlər yazıblar.

Qeyd edək ki, Şəbnəm Tovuzlu Hacı Ramil adlı şəxslə ailə həyatı qurub. Müğənninin birinci evliliyindən bir qızı da var.

Milli.Az


Etiketlər:  Şəbnəm oğluna 2 arvad almaq istəyir Əsas odur ki


RƏYLƏR