Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2022 19:16
Avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Sonxeber.net xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, buna səbəb cənub-şərq istiqamətli hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır.
"Müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir".
G.Məmmədovanın sözlərinə görə dispers toz hissəcikləri Xətai rayonunda 2.6, Nizami rayonunda 2.5 , Səbail rayonunda 2.7 dəfə normadan yüksək qeydə alınıb.
"Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti yaxın 2 gün ərzində davam edəcək".