Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2022 20:55
Bir neçə gün əvvəl "Youtube"da yayımlanan "Tolik ilə Səmimi" layihəsində qonaq olan müğənni Nüşabə Musayeva həmkarı Şəbnəm Tovuzlu haqda söylədiyi "Ondan zəhləm gedir, sünidir, "whatsapp"da blokdadır" sözlərindən sonra daha bir səs-küyə səbəb olacaq paylaşım edib.
Sonxeber.net Bizim.Media-ya istinadən xəbər verir ki, müğənni sosial şəbəkə hesabında avtomobildə görüntülərini paylaşaraq, qalmaqallı post yayımlayıb.
"Arada gəzən, aftafa tutan, bic doğan, narkotik düşkünü olub asma dərmanları ilə nəfəs alanların güya dəstək xarakterli statuslarını mənə göndərməyin. Kimin mənə sözü var yerim, ünvanım, nömrəm bəllidir. Xanəndə deyiləm, öz tərzim var. Səsim də, sənətim də, Vətənim, dövlətim, millətim üçün etdiklərim də göz önündədir.
Gəyirərək oxumaq sənətdirsə, o sənəti istəmirəm. Əsas odur ki, sizin başdan-ayağa ifa etdiyiniz toyun məbləğində mənim yarım saatlıq çıxışım dayanır.
Çıxış etdiyim məclislərə sizin ayaqqabılarınız belə "girə" bilmir. Mənə batmaq başınız üçün deyil. Gedin onun-bunun ərindən doğduqlarınızla məşğul olun. Bu son xəbərdarlığımdır" - deyə, N.Musayeva yazıb.