Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftin qiyməti düşüb

Neftin qiyməti düşüb

Tarix: 12 Avqust 2022 22:04

Neft kotirovkaları cümə günü enişi sürətləndirsə də, yenə də həftəni müsbət balansla qapayır.

Sonxeber.net "report"a istinadən bildirir ki, Bakı vaxtı ilə saat 18:53-ə olan məlumata görə, "Brent" markalı neftin oktyabr fyuçersləri Londonun "ICE Futures" birjasında 1,71 ABŞ dolları (1,72%) ucuzlaşaraq 97,89 dollar/barelə bərabər olub. WTI markalı neftin sentyabr fyuçersləri isə Nyu York əmtəə birjasında (NYMEX) 2,04 dollar (2,16%) ucuzlaşıb və bir barel üçün 92,3 ABŞ dollar təşkil edib.

Hər iki marka öncəki həftə təxminən 9% ucuzlaşdıqdan sonra bu həftənin əvvəlindən bahalaşıb. ABŞ-dan gələn güclü statistik məlumatlar neft bazarı üçün müsbət amil olub. Belə ki, statistikanın yaxşılaşması investorlarda ölkədə inflyasiyanın azalacağına, əmək bazarının isə güclü olaraq qalacağına ümid yaradıb.

"Goldman Sachs"ın ekspertləri bazarın artan tələbi və məhdud təklifi tarazlaşdırmağa hələ də ehtiyacı olduğu üçün benzin və neft qiymətlərinin bu ilin sonuna doğru yenidən yüksələcəyini proqnozlaşdırır.

"Brent"in fyuçersləri bir barel üçün 130 dollara, ABŞ-da pərakəndə benzin qiymətləri isə bir qallona (3,7 litr) görə təxminən 5 dollara qayıda bilər", - "Goldman Sachs"ın enerji araşdırmaları üzrə direktoru Damyen Kurvalen "Bloomberg"ə bildirib.


Etiketlər:  Neftin qiyməti düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ