Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağ zəhər - bu QƏNDLƏRİ ALMAYIN - XƏBƏRDARLIQ

Ağ zəhər - bu QƏNDLƏRİ ALMAYIN - XƏBƏRDARLIQ

Tarix: 13 Avqust 2022 19:08

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqlər davam etdirilir.

AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində qənd istehsalı müəssisələrində aparılan monitorinqlər zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən qənd məhsullarından nümunələr götürülərək müayinələrə cəlb olunub və bir sıra məhsullarda kükürd-dioksidin (SO2) kütlə payının normativ sənəddə göstərilən həddən yüksək olduğu aşkar edilib.

Müəyyənləşdirilmiş faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, həmin məhsulların satışdan çıxarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib, həmçinin tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi üçün istehsalçı şirkətlərə müraciət olunub.

Yoxlamalar nəticəsində tərkibindəki kükürd-dioksidin kütlə payının normadan artıq olduğu müəyyən edilmiş əmtəə nişanları və istehsal müəssisələrinin siyahısı:

Məhsulun istehsalçısı

Məhsulun əmtəə nişanı

Məhsulun istehsal tarixi

Qablaşdırmanın həcmi

1

"Şüvəlan şirniyyat" ASC

"Qidam" ağ qənd

01.03.2021

700 qr

"Abşeron" ağ qənd

19.11.2021

600 qr

"Bol" ağ qənd

27.01.2022

700 qr

"Yek dad" ağ qənd

21.02.2022

700 qr

"Bolqənd" xırda qənd

10.11.2021

150 qr

"Yek dad" xırda qənd

16.08.2021

150 qr

"Yek dad sweet as honey" qənd

01.11.2021

700 qr

"Yek dad sweet as honey" qənd

02.03.2022

1700 qr

"Bol qənd" kəllə qənd

21.02.2022

700 qr

"Abşeron qənd"

kəllə qənd

21.02.2022

100 qr

2

"Bolluq" MMC

"Bolluq" ağ qənd

23.12.2021

500 qr

"Bəyaz" ağ qənd

10.03.2022

600 qr

3

f/ş Nadirov Tofiq Həmid oğlu

"Əsl tam"

əla növ kəllə qənd

 

01.02.2022

700 qr

4

f/ş Kərimov Əfqan Bəhriş oğlu

"Dişləmə" kəllə qənd

24.12.2021

700 qr

17.06.2022

09.02.2022

500 qr

18.06.2022

5

"Aysu Qida Sənaye LTD" MMC

"Umelaya xozyayka" qənd

13.01.2022

500 qr

6

"ŞAM-Fİ İnternational Trading Company" MMC

"Bizim aşçı" ağ qənd

21.02.2022

750 qr

7

"Əmin qida sənaye" MMC

"İlğım" ağ qənd

01.06.2021

800 qr

8

f/ş Qəmbərov Rauf Rəfi oğlu

"Kral" kəllə qənd

20.02.2022

5 kq

9

f/ş Rəhmanov Pənah Güləhməd oğlu

"Şipşirin" qənd

09.03.2022

700 qr

10

f/ş Novruzov Əbdulla Əmir oğlu

"Skazoçnaya tayqa" qənd

21.08.2021

5 kq

11

f/ş Babayev Nazim Səyyaf oğlu

"Əla keyfiyyətli" kəllə qənd

02.03.2022

150 qr

12

f/ş Bayramov T.

"Göyçə" qənd

08.02.2021

150 qr

AQTA istehsalçı şirkətləri qeyd olunan məhsul partiyalarını satış şəbəkələrindən dərhal geri çağırmağa, istehlakçıları isə bu məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın "1003 - Çağrı Mərkəzi"nə məlumat verilməsini xahiş edir.


Etiketlər:  zəhər QƏNDLƏRİ ALMAYIN XƏBƏRDARLIQ


RƏYLƏR