Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İslamiadada skandal - Bu yarışın nəticələri ləğv edildi

İslamiadada skandal - Bu yarışın nəticələri ləğv edildi

Tarix: 13 Avqust 2022 19:46

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında atletika yarışlarının nəticələri ləğv edilib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb naqillərdə yaranan nasazlıq səbəbindən vaxtın hesablanması düzgün aparılmamasıdır.

Problemi isə yalnız yarışın dördüncü günündə texniki nasazlıq aradan qaldırılanda müəyyən etmək mümkün olub. Müzakirələrdən sonra qaçışın ilk üç gününün nəticələrinin etibarsız sayılması qərara alınıb.

Buna baxmayaraq, qaliblərdən medalların geri alınmaması və İslamiadanın komanda medal cədvəlində dəyişiklik edilməməsi qərara alınıb.


Etiketlər:  İslamiadada skandal yarışın nəticələri ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ