Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya bu əraziləri özünə birləşdirir - ABŞ

Rusiya bu əraziləri özünə birləşdirir - ABŞ

Tarix: 14 Avqust 2022 06:32

ABŞ Donbasın Rusiya Federasiyasına birləşdirilməsini tanımır və mümkün referendumun nəticələrini rədd edir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin adı çəkilməyən yüksək çinli məmuru ölkə mediasına deyib.

O bildirib ki, Ukraynanın bəzi ərazilərinin Rusiyaya ilhaqı BMT Nizamnaməsinə ziddir:

"Kəşfiyyatımız Rusiyanın Xerson, Zaporojye və qondarma "dxr" və "lxr"də referendum planlaşdırdığını təsdiqləyir. Biz Rusiyanın nəticələri manipulyasiya edəcəyini və ukraynalıların Rusiyaya qoşulmaq istədiklərini barədə yalan fikirlər səsləndirəcəyini gözləyirik".

Rəsminin sözlərinə görə, Donbasın Rusiyaya birləşdirilməsi Rusiya və Ukrayna arasındakı münaqişənin diplomatik yolla həllini daha da çətinləşdirəcək.


Etiketlər:  Rusiya əraziləri özünə birləşdirir ABŞ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ