Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir məşhur yazar ölümlə hədələndi - FOTO

Daha bir məşhur yazar ölümlə hədələndi - FOTO

Tarix: 14 Avqust 2022 09:46

"Harri Potter" kitabının müəllifi Coan Roulinq hind əsilli məşhur britaniyalı yazıçı Salman Rüşdiyə qarşı hücumu tviterdə pislədikdən sonra təhdidlər almağa başlayıb. 

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, həmkarına qarşı edilən hərəkətə görə narahatlığını ifadə edən Roulinq hadisənin dəhşətli olduğunu və buna görə özünü pis hiss etdiyini bildirib. Bundan sonra o, özünü "tələbə, ictimai xadim, siyasətçi və tədqiqatçı" kimi təqdim edən Meer Asif Aziz adlı istifadəçi tərəfindən ölümlə hədələnib. Aziz yazarın paylaşımına "Narahat olmayın, növbəti sizsiniz" deyə, yazıb.

Roulinq tvitterdən buna müdaxilə etməyi xahiş etsə də yazı hələ də platformada qalır.

Qeyd edək ki, S.Rüşdi ötən gün Nyu-Yorkda 24 yaşlı Hadi Matar tərəfindən bıçaqlanıb. O, polis tərəfindən saxlanılaraq həbs olunub. Matar ikinci dərəcəli adam öldürməyə cəhd və ikinci dərəcəli hücumda ittiham olunur.

Milli.Az


Etiketlər:  Daha bir məşhur yazar ölümlə hədələndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ