Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FHN ötən sutka 11 nəfəri xilas edib - VİDEO

FHN ötən sutka 11 nəfəri xilas edib - VİDEO

Tarix: 14 Avqust 2022 13:24

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Milli.Az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 71 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 11 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib, dənizdə nəzarətsiz ərazidə batmış 1 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  FHN ötən sutka 11 nəfəri xilas edib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ