Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Coker" 150 milyon dollar qazanacaq

“Coker

Tarix: 14 Avqust 2022 17:40

Xəbər verdiyimiz kimi, "Warner Bros" şirkəti "Coker" filminin 2-ci hissəsinə çəkməyə hazırlaşır.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, ekran işində amerikalı müğənni-aktrisa Ledi Qaqa da rol alacaq. O, Hoakin Feniksin oynadığı "Coker" obrazının sevgilisi "Harli Kuin"i canlandıracaq.

2024-cü ildə təqdim olunması planlaşdırılan filmdən aktyorların qazanacaqları məbləğ də artıq məlum olub. Belə ki, Hoakin Feniks baş rola görə 150 milyon dollar (təxminən 255 milyon manat), Ledi Qaqa isə 10 milyon dollar (təxminən 17 milyon manat) qonorar alacaq.

Milli.Az


Etiketlər:  Coker 150 milyon dollar qazanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ