Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinlə Ərdoğanın əməkdaşlığı NATO-da ciddi qıcıq yaradır

Putinlə Ərdoğanın əməkdaşlığı NATO-da ciddi qıcıq yaradır

Tarix: 14 Avqust 2022 21:02

Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın əməkdaşlığı NATO-da böyük qıcıq yaradır.

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu fikri Stiven Erlanger "The New York Times" üçün yazdığı məqalədə qeyd edib.

Mətndə deyilir ki, bu əlaqələr Qərbin bütün gücü ilə qurmağa çalışdığı sanksiya bəndində əhəmiyyətli bir boşluq yaradır.

Erlanger əlavə edib ki, Ankara Moskvaya qarşı sanksiyalara qoşulmayıb, Rusiya bankları ilə işləmək imkanlarını axtarır, həmçinin Rusiyanın kredit kartları ilə ödənişləri qəbul edir.

Bir müddət əvvəl ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi İvo Daalder demişdi ki, Putinin Şimali Atlantika Alyansına daxil olan ölkələrin rəsmiləri ilə dostluq münasibətləri var. Xüsusiə Ərdoğanın, Macarıstanın baş naziri Viktor Orbanın, həmçinin İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin adı çəkilir.


Etiketlər:  Putinlə Ərdoğanın əməkdaşlığı NATO ciddi qıcıq yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ