Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxın 7 kəndi ilə bağlı RƏSMİ AÇIQLAMA

Qazaxın 7 kəndi ilə bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 16 Avqust 2022 12:21

"Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. DSX delimitasiya üzrə müvafiq komissiyada fəaliyyət göstərir".

Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək:

"Daha sonra isə bütün məsələlərdə olduğu kimi bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək".


Etiketlər:  Qazaxın kəndi ilə bağlı RƏSMİ AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ