Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2022 17:45
Aktyor Conni Deppin ona qarşı açdığı iddia üzrə hökmdən apellyasiya şikayəti verən aktrisa Ember Hörd vəkillər komandasında dəyişiklik edib.
O, səbəblərini ictimaiyyətə açıqlamadan vəkil Eleyn Bredehoftun xidmətlərindən imtina etmək qərarına gəlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, aktrisanın nümayəndələri bəyan ediblər ki, yeni proses yeni mütəxəssislər tələb edir.
Bredehoft isə "estafeti ötürməyə" hazır olduğunu bildirib.
Beləliklə də, Apellyasiya Məhkəməsində Hördün işi "Ballard Spahr" hüquq firması və onun vəkilləri David L.Akselrod və Cey Uard Braun tərəfindən aparılacaq.
Qeyd edək ki, Conni Depp və Ember Heard arasında məhkəmə prosesi başa çatdıqdan sonra aktrisa keçmiş ərinə ümumilikdə 8,3 milyon dollar ödəməlidir.
Ödənişdən yayınmaq üçün o, appelyasiya şikayəti verib. Depp də öz növbəsində qarşılıqlı şikayətlə çıxış edib.