Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təmir apararkən həyətindən orta əsrlərə aid saxsı qablar tapdı - VİDEO

Təmir apararkən həyətindən orta əsrlərə aid saxsı qablar tapdı - VİDEO

Tarix: 17 Avqust 2022 18:38

Təmir apararkən həyətindən orta əsrlərə aid saxsı qablar tapdı   

Həyətyanı sahəsində qazıntı işləri aparan Lənkəran sakini təqribən 1 metr dərinlikdə orta əsrlərə aid olduğu iddia edilən saxsı qablar aşkarlayıb. Velədi kəndi ərazisində tapılan maddi - mədəniyyət nümunələrinin bir neçə min il yaşı olduğu ehtimal edilir. 

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ev sahibi tapılan tarixi əşyalarla bağlı Lənkəran Regional Elmi Mərkəzinə müraciət edib. Arxeoloqlar əraziyə baxış keçiriblər. Məlum olub ki, Velədi və Gərmətük kəndlərinin arasında yerləşən yeni məhəllədə aşkar edilən saxsı qablar orta əsrlərə aiddir.  

Qeyd edək ki, hələ bir neçə il bundan əvvəl başqa bir Velədi kənd sakininin də həyətyanı sahəsində quyu qazılarkən saxsı qablar aşkar edilmişdi. Mütəxəssislərin fikrincə gələcəkdə bu ərazilərdə arxeoloji qazıntıların aparılması zəruridir.

Milli.Az


Etiketlər:  Təmir apararkən həyətindən orta əsrlərə aid saxsı qablar tapdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ