Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2022 19:22
Avqustun 17-də Qahirədə ictimai avtobusların dizel yanacağından təbii qaza keçirilməsi proqramı işə salınıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, proqram Misirin maliyyə nazirliyi və şəhərin İctimai Nəqliyyat İdarəsi arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində həyata keçirilir. Ümumilikdə 1962 avtobusun təbii qaza keçirilməsi nəzərdə tutulub.
Bu yolla əyalət rəhbərliyi Misirdəki təbii qaz ehtiyatlarını nəzərə alaraq optimal iqtisadi səmərə əldə etməyi planlaşdırır. Bu addım həm də dizel yanacağı istehlakını rasionallaşdırmaq və təbii qazdan təmiz, emissiyaları azaldan yanacaq kimi istifadə etməklə ətraf mühitə effektiv töhfə vermək və havanın çirklənməsini azaltmaq məqsədi daşıyır.
Avtobusların yenidən təchiz edilməsi büdcəyə hər il təxminən 1,3 milyon dollar qənaət etməyə imkan verəcək. Avtobusların yenidən təchiz edilməsi prosesi təxminən altı il davam edəcək.