Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

3 yaşa qədər uşaqları açıq çimərliyə aparmaq olmaz - SƏBƏB

3 yaşa qədər uşaqları açıq çimərliyə aparmaq olmaz - SƏBƏB

Tarix: 18 Avqust 2022 21:33

3 yaşa qədər körpələri açıq günəş altında gəzdirmək, xüsusən gündüz çimərliyə, sahilə aparıb, gündə qaraltmaq olmaz.

Bu barədə Rusiya səhiyyə rəsmisi Elmira Kaşirina bildirib.
Həkim bunu onunla əsaslandırıb ki, körpə uşaqlarda melanin sintezi tam formalaşıb bitmir. Ona görə onlara çimərlik, xüsusən kurort zonalar pis təsir edə bilər.

Amma 3 yaşdan sonra uşaqları kurort çimərliklərinə aparmaq olar. Uşaqlara yalnız SPF50 tərkibli günəş kremləri çəkilməlidir.

Təhlükəsiz günəşlənmə müddəti 10 dəqiqədir. Elə hesab etməyin ki, kölgədə olanda uşaq UVÇ şüalarından qorunur. Kölgədə də o şüaların təsiri var.

Uşaqların günəşdə olma saatı səhər 10-11 arası, axşam 4-dən sonradır.

Milli.Az


Etiketlər:  3 yaşa qədər uşaqları açıq çimərliyə aparmaq olmaz SƏBƏB


RƏYLƏR