Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Güclü maqnit qasırğası Yer kürəsini VURDU: fəsadları isə...

Güclü maqnit qasırğası Yer kürəsini VURDU: fəsadları isə...

Tarix: 18 Avqust 2022 21:40

Bu gün Yer kürəsini güclü geomaqnit qasırğası vurub. Əsas zərbə səhər saatlarında gəlib.

Bu barədə REN TV məlumat yayıb.

Bildirilib ki, fırtına saat 6-da güc baxımından orta səviyyədən yuxarı qalxıb. Tezlik 7-dən 9-a yüksəlib.

Qasırğaya günəşdə plazmanın partlaması və bir sıra emissiyalar səbəb olub. Bir yüklü hissəcik qatarı digərini udub və beləliklə, bu gün planetimizin maqnit sahəsinə çatan barışmaz bir dalğa cəbhəsi çıxıb.

Fırtına səbəbindən iki gün güclü istilər olacaq. Elm adamları isə yerdəki enerji sistemlərinin belə bir hücuma tab gətirəcəyinə əmin olublar.

Ancaq Yer kürəsinin ən həssas sakinləri baş ağrısı, yuxusuzluq və təzyiq düşməsi ilə üzləşə bilərlər.

Milli.Az


Etiketlər:  Güclü maqnit qasırğası Yer kürəsini VURDU fəsadları isə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ