Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda mağazadan 93 min manatlıq mobil telefon oğurlanıb

Bakıda mağazadan 93 min manatlıq mobil telefon oğurlanıb

Tarix: 19 Avqust 2022 11:52

Bakıda mağazadan 93 min manatlıq mobil telefon oğurlanıb.

Bu barədə Milli.Az-a DİN-dən məlumat verilib. Xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 93855 manat dəyərində 35 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.

Milli.Az


Etiketlər:  Bakıda mağazadan 93 min manatlıq mobil telefon oğurlanıb


RƏYLƏR