Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beşəmlərin vəziyyəti necədir? - TƏBİB-dən AÇIQLAMA

Beşəmlərin vəziyyəti necədir? -  TƏBİB-dən AÇIQLAMA

Tarix: 19 Avqust 2022 13:08

11.08.2022-ci il tarixində doğulan beşəmlərin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicəsi davam edir.

TƏBİB-dən Sonxeber.net-a bildirilib ki, beşəmlərin hər birinin vəziyyəti ağır stabildir, hər biri küvez rejimindədir, monitor nəzarətindədir. Nazoqastral zond vasitəsilə ana südü ilə qidalandırılırlar:

"Hazırda I-II-III taylar binazal zond vasitəsilə nəmlənmiş oksigen alır, IV-V taylar ekstubasiya olunub "CPAP" rejimində respirator tənəffüs dəstəyi alır, III-IV-V taylara fototerapiya aparılır. Hal-hazırda vəziyyətlərində müsbət dinamika izlənilir".


Etiketlər:  Beşəmlərin vəziyyəti necədir TƏBİB dən AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ