Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2022 21:32
Rusiya Prezidenti Vladimir Putin MAQATE ekspertlərinin Zaporojye atom elektrik stansiyasına göndərilməsinə razılıq verib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Yelisey sarayının məlumatında deyilir.
"Prezident Zaporojye AES-də vəziyyətin nüvə təhlükəsizliyi üçün yaratdığı risklərdən narahatlığını bir daha bəyan etdi və Ukrayna ilə BMT-nin razılaşdırdığı şərtlərlə MAQATE ekspertlərinin mümkün qədər tez missiya yerinə göndərilməsinin tərəfdarı olduğunu söylədi. Rusiya prezidenti bu missiyanın və göstərilən üsulların yerləşdirilməsinə razılıq verdiyi barədə məlumat verdi", - məlumatda deyilir.