Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xuraman Şuşalı ölümdən döndü: "Yoldaşım qoymurdu ki..."

Xuraman Şuşalı ölümdən döndü:

Tarix: 19 Avqust 2022 22:20

"İki gün təzyiqim oynadı. Uzandıqda 85, başımı qaldırdıqda isə 135 olurdu. Beyin insultu keçirmək təhlükəsi yaşadım".

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Xəbər-ətər" səhər şousunda deyib.

Sənətçi koronavirusa yoluxduqdan sonra səhhətində yaranan problemlərdən söz açıb: 

"Bu günə qədər çox işləmişəm, əziyyətli həyatım olub. Baxdım ki, heç nəyin olmasın, amma sağlam olasan. Nəyin varsa, onlar sənə yük kimi görünür. Hətta övlad haqda da deyirsən ki, Allah ona yol açacaq, öz həyatını quracaq.

Allah, mənə də sağlamlıq ver. İki gün yataq xəstəsi oldum. Dedim ki, dünyamı dəyişib cənnətə düşəcəyəmsə, məni belə saxlama. Amma ondan əvvəl nəfəsim gedib-gəlsin, övladlarıma nəzarət edim. Belə halda onlara yük olmaq istəmirdim.

Heç yoldaşım da qoymurdu ki, onlar məni bu halda görsünlər. İki gün xəstə oldum, üçüncügün isə məclis idarə etdim. Həkim demişdi ki, düzələcəksən. Bu koronavirusdan qalan fəsad idi".

Qeyd edək ki, Xuraman Şuşalı rejissor Elçin Məmmədovla ailəlidir. Cütlüyün 4 övladı var.

Milli.Az


Etiketlər:  Xuraman Şuşalı ölümdən döndü Yoldaşım qoymurdu ki


RƏYLƏR