Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2022 05:18
Rusiyada İvanovo vilayətinin Viçuqski rayonunda təcili yardım maşınında dünyaya gələn körpə ölüb.
Sonxeber.net bildirir ki, bu barədə "Rossiyskaya qazeta"ya Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsindən məlumat verilib.
Nəşrin həmsöhbəti izah edib ki, Rusiya regionunda doğuş zamanı olan qadının yanında maşında həkim olmayıb, yalnız sürücü və feldşer olub.
Qadın doğuş zamanı uşağı feldşerə təhvil verib. Onu qundalayan feldşür isə körpəni həkimlərə təhvil verib. Lakin bir neçə saat sonra yeni doğulmuş uşaq dünyasını dəyişib.
Daha sonra feldşer özünü pis hiss etdiyi üçün qadını tək qoyduğunu bildirib. Həkim onun koronavirusa yoluxduğundan şübhələnib, lakin hadisə baş verən gün test mənfi nəticə verib. Buna baxmayaraq, feldşer risk etməmək qərarına gəlib və sürücünün yanında yerində qalıb.
O, artıq işdən qovulub, İvanovo vilayətinin sakini xəstəlik məzuniyyətindədir. Müstəntiqlər hadisənin digər hallarını araşdırmağa başlayıblar.
İrfan Vəliyev