Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2022 09:38
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
9-cu mikrorayon ərazisində mübahisə zəminində bıçaqlanan 1993-cü il təvəllüdlü Əhmədov Bayram Sərdar oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona üz və boyun nahiyəsində kəsilmiz bıçaq yaraları diaqnozu qoyulub. Yaralı cərrahi işlənilib, aidiyyatı üzrə həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.