Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir çox dərdin dərmanıdır

Bir çox dərdin dərmanıdır

Tarix: 21 Avqust 2022 16:54

Cəfəri bir çox xəstəliklər üçün dərman vasitəsi ola bilər. Buna görə də çalışın, bir yeriniz ağrıyanda ilk dərmana qaçmayın. Təbii vasitələrlə də orqanizminizi sağlam saxlamaq mümkündür. 

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, cəfəri insan orqanizmi üçün vacib olan fosfor, kalium, selen, A və B qrup vitaminlərlə zəngindir. Cəfərinin tərkibində olan C vitamini limondan dörd dəfə çoxdur.

•    Menstrual dövrü tənzimləmək üçün cəfəri tumlarından hazırlanmış cövhər faydalıdır: 4 çay qaşığı cəfəri tumunun üzərinə bir stəkan qaynar su əlavə edərək, buxar üzərində 15 dəqiqə saxlayın. Soyuduqdan sonra süzün və gündə 5-6 dəfə yemək arası 1 xörək qaşığı qəbul edin.

•    Ağrılı aylıq tsikl və uşaqlıq qanaxmaları zamanı cəfəri kökü və otundan hazırlanmış cövhər qəbul etmək məsləhətdir: 2 x. qaşığı xırda doğranımış qarışığın üzərinə 2 stəkan qaynar su əlavə edilərək, 4 saat dəmlənir. Sonra süzülür və gündə 4 dəfə 1-2 xörək qaşığı (yeməkdən 30dəqiqə əvvəl)  qəbul edilir. 

•    Dismenoreya (gur aybaşı) zamanı da bu bitkinin şirəsini gündə 3 dəfə 1-2 çay qaşığı ilə qəbul edərkən, müsbət nəticə əldə etmək olar. 


Etiketlər:  çox dərdin dərmanıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ