Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xaricdə oxuyan tələbələrə şad xəbər - Təyyarə biletləri ucuzlaşa bilər - VİDEO

Xaricdə oxuyan tələbələrə şad xəbər - Təyyarə biletləri ucuzlaşa bilər - VİDEO

Tarix: 23 Avqust 2022 03:24

Quru sərhədlər bağlıdır, aviabiletlərin qiyməti isə bahadır. Buna görə də xaricdə oxuyan tələbələr üçün təyyarə biletlərinə güzəşt tətbiq edilməsi təklif olunur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu təkliflə çıxış edən millət vəkili Ceyhun Məmmədov deyir ki, qonşu Türkiyə də daxil olmaqla dünyanın bir çox ölkələrində nəqliyyat vasitələrindən istifadədə tələbələrə güzəştlər edilir.

Burada məqsəd tələbələrin bir çox sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də dövlətin qayğısını hiss etmələridir.

Millət vəkili hesab edir ki, bu sahədə ölkəmizdə tələbələrə cuzi də olsa güzəştlər edilməlidir.

Bundan əlavə, Ceyhun Məmmədov ölkə ərazisində də tələbələrin ictimai nəqliyyatdan istifadəsində güzəştlərin edilməsini təklif edir.

Millət vəkili qeyd olunan təkliflərin tezliklə reallaşdırılacağına ümid etdiyini bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Xaricdə oxuyan tələbələrə şad xəbər Təyyarə biletləri ucuzlaşa bilər VİDEO


RƏYLƏR