Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hədəf Duqini öldürmək olmayıb”

“Hədəf Duqini öldürmək olmayıb”

Tarix: 23 Avqust 2022 08:06

"Jurnalist Darya Duqinanın qətlinə görə məsuliyyət daşıyan şəxslər qızın atası, ictimai xadim Aleksandr Duqini deyil, onu öldürməyi planlaşdırıblar".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu "TASS"a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

"Darya Duqinanın qətlini hazırlayanları ancaq jurnalistin özünün gündəlik işləri və vərdişləri maraqlandırırdı. Partlayıcı qurğunu işə salmaqla, avtomobili uzaqdan partladanlar dəqiq bilirdilər ki, Duqina təkbaşına avtomobili idarə edir. Ata qatillərin hədəfi olmayıb", - mənbə qeyd edib.

Xatırladaq ki, avqustun 20-də axşam Moskvada ictimai xadim Aleksandr Duqinin qızı jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil partladılıb. Hadisə nəticəsində qız dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  Hədəf Duqini öldürmək olmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ