Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tahir Gözəl oyundan əvvəl Qurban Qurbanovla görüşdü

Tahir Gözəl oyundan əvvəl Qurban Qurbanovla görüşdü

Tarix: 23 Avqust 2022 22:28

"Qarabağ"ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının pley-off mərhələsinin "Viktoriya" ilə bu gün keçiriləcək cavab oyunundan əvvəl komandanı ziyarət edib.

Baş məşqçi Qurban Qurbanov və komanda üzvləri ilə görüşən klub rəhbəri onlara bugünkü səfər matçında uğurlar arzulayıb.

Onu da qeyd edək ki, bu gün Tahir Gözəlin 50 illik yubileyidir.

"Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Bakıda keçirilən ilk görüşdə qolsuz bərabərlik qeydə alınıb. Qalib gələn komanda qrup mərhələsinə yüksələcək.

Milli.Az


Etiketlər:  Tahir Gözəl oyundan əvvəl Qurban Qurbanovla görüşdü


RƏYLƏR